Dünyanın ən varlı adamlarından olan Uorren Baffet ilin sonuna kimi “Berkshire Hathaway” holdinqinin baş direktoru vəzifəsini tərk edəcəyini açıqlayıb.
"Report"un CNBC telekanalına istinadən verdiyi məlumata görə, onun varisi şirkətin vitse-prezidenti Qreq Abel olacaq.
"Düşünürəm ki, ilin sonunda Qreqin şirkətə rəhbərlik etməsinin vaxtı çatacaq. Bunu İdarə Heyətinə deyəcəyəm və Abel üçün tövsiyəmi orada verəcəyəm, onlara bu barədə düşünmək üçün vaxt verəcəyəm və bir neçə aydan sonra növbəti iclasımızda 11 direktorun rəyi əsasında qərar verəcəyik. Düşünürəm ki, onların hamısı yekdil olacaqlar. Beləliklə, ilin sonunda “Berkshire Hathaway" şirkətin baş direktoru olacaq”, - o deyib.
94 yaşlı Baffett şirkətin işləri ilə bağlı məlumatlı olmağa davam edəcəyini və zaman-zaman ona faydalı ola biləcəyinə ümid etdiyini bildirib.