AZ

"O, yaxın illərdə Messi və ya Ronaldonun səviyyəsində bir futbolçu ola bilər"

Rafael Benites Lamin Yamalın potensialını qiymətləndirib.

Sportal.az xəbər verir ki, Benites Yamal haqqında müsbət fikirlər səsləndirib:

"Lamine Yamalın hər həftə meydanda göstərdikləri və onun xarakteri haqqında eşitdiklərimiz bizə onu göstərir ki, yaxın illərdə o, Messi və ya Kriştiano Ronaldonun səviyyəsində bir ulduz futbolçu ola bilər," – deyə "Liverpul" və "Real"ın sabiq baş məşqçisi Rafael Benites bildirib.

Cari La Liqa mövsümündə "Barselona"nın 17 yaşlı vingeri 30 matçda iştirak edib, 6 qol vurub və 12 məhsuldar ötürmə verib.

saytlarin hazirlanmasi

Seçilən
0
sportal.az

1Mənbələr