Bakı. Trend:
NATO Şotlandiyanın qərb sahillərində raket və hava hücumundanmüdafiə üzrə Formidable Shield 2025 adlı genişmiqyaslı dəniztəliminə başlayıb.
Trend-inməlumatına görə, bu barədə ABŞ-nin 6-cı donanması bildirib.
Məlumata əsasən, Norveç yaxınlığında da keçiriləcək təlimlərdəNATO ölkələrini müxtəlif növ ballistik və qanadlı raketlərdənqorumaq üçün gəmi və təyyarələrin hərəkətləri tətbiq olunacaq.
Mayın 23-dək davam edəcək manevrlərdə ABŞ, Böyük Britaniya,Fransa, İtaliya, Norveç, İspaniya, Danimarka, Belçika, Hollandiyavə Kanada da daxil olmaqla, NATO-ya üzv 10 ölkədən 16 gəmi, 25döyüş təyyarəsi və 3000 hərbçi iştirak edir.