AZ

“Neftçi” “Kəpəz”lə oyuna 5 itki ilə çıxacaq

“Neftçi” futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində qarşılaşacağı “Kəpəz”lə matçın hazırlığını başa vurub.

Arena.az xəbər verir ki, komanda üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Paytaxt təmsilçisinin futbolçularından Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən qarşıdakı oyunda iştirak etməyəcəklər. Mustafa Sek isə cəzalı olduğu üçün “Kəpəz”lə görüşü buraxacaq.

Qeyd edək ki, mayın 4-də “Neftçi Arena”da keçiriləcək bu qarşılaşmaya saat 20:00-da start veriləcək.

Seçilən
0
5
arena.az

10Mənbələr