Türkiyə Superliqasının 34-cü turunda lider "Qalatasaray" növbəti matçına çıxıb.
Yenisabah.az xəbər verir ki, "cimbom" doğma meydanda "Sivasspor"u qəbul edib.
Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:1.
Bu nəticədən sonra "Cim-bom" xallarını 83-ə yüksəldib və "Fənərbağça"nı səkkiz xal qabaqlayaraq liderliyini qoruyub. 34 xalı olan "Sivasspor" 16-cı pillədə qərarlaşıb.
Telegram kanalımız