AZ

Konseysaoya xələf ola bilər

Serjio Konseysaonun mövsümün sonunda “Milan”dan ayrılacağı məlumdu.

Komandanı İtaliya yığmasının sabiq baş məşqçisi Roberto Mançini çalışdıra bilər. “Sportmediaset”in məlumatına görə, o, “Milan”ın baş məşqçi vəzifəsinə əsas namizədlərdəndi. Yayda klub komandanın hazırkı baş məşqçisi Serjio Konseysao ilə əməkdaşlığa son qoymağı planlaşdırır. Rəhbərlik yeni tsiklə başlamaq və Mançinini baş məşqçi vəzifəsinə dəvət etmək istəyir.

Mançininin sonuncu iş yeri ötən ilin oktyabr ayında tərk etdiyi Səudiyyə Ərəbistanı yığması olub.

Seçilən
0
football-plus.az

1Mənbələr