AZ

Bundesliqa: “Bayern”ə son saniyə şoku, “Borussiya”dan 4 qol

Bu gün futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2024/2025-ci illər mövsümünün 32-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə beş qarşılaşma baş tutub.

Səkkiz qolun qeydə alındığı “Borussiya” (Mönhenqladbax) – “Hoffenhaym” matçında qalib müəyyənləşməyib. Altı qolun vurulduğu “Leypsiq” – “Bayern” matçı da bərabərliklə yekunlaşıb. Halbuki, qələbə hesabını son saniyələrdə əldən vermiş Münhen təmsilçisi qalib gələcəyi halda erkən çempionluğa sevinəcəkdi.

Dörd qolluq “Union Berlin” – “Verder” görüşü də bərabərliklə yekunlaşıb. “Sankt Pauli”nin qonağı olan “Ştutqart” 3 xalı tək qolla qazanıb. Dortmund “Borussiya”sı isə evdə “Volfsburq”u 4 cavabsız qolla yenib.

32-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.

Almaniya, Bundesliqa
32-ci tur

2 may

Haydenhaym – Boxum 0:0

3 may

Borussiya (Mönhenqladbax) – Hoffenhaym 4:4
Qollar: Kyarodia, 5. Reyts, 32. Honorat, 64. Klayndienst, 90+1 – A.Çaves, 43. Bulter, 54. Hlojek, 74. Tabakoviç, 81.

Leypsiq – Bayern 3:3
Qollar: Şeşko, 11. Klostermann, 39. Poulsen, 90+5 – Dayer, 62. Olise, 63. Sane, 83.

Sankt Pauli – Ştutqart 0:1
Qol: Voltermade, 88.

Union Berlin – Verder 2:2
Qollar: Rote, 37. Benes, 84 – Staqe, 2; 15.

Borussiya (Dortmund) – Volfsburq 4:0
Qollar: Girassi, 3; 59. Adeyemi, 69; 73.

4 may

17:30. Auqsburq – Holştayn
19:30. Frayburq – Bayer
21:30. Maynts – Ayntraxt

Seçilən
0
arena.az

1Mənbələr