BAKI, 3 may. TELEQRAF
Ukrayna ordusu bir gündə Krımda Rusiyanın iki təyyarəsini məhv edib.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Teleqram” kanalında bildirib.
Ölkə başçısı deyib: "Rusiyanın Su-30 təyyarəsinin bizim hərbi-dəniz PUA tərəfindən vurulması parlaq hadisədir. Ordumuz Krımdakı hərbi obyektlərdə əməliyyatı çox dəqiqliklə həyata keçirdi. Son 24 saatda düşmənin iki təyyarəsi vuruldu. Hərbi anbarları da məhv edilib”.