AZ

Ukraynalı qapıçının yolu haradı?

Andrey Lunin mövsümün sonunda klubunu dəyişəcək.

“Real”ın ukraynalı qapıçısı ilə bağlı xəbəri “Mundo Deportivo” yayıb.

26 yaşlı futbolçu artıq qərarı ilə bağlı Madrid klubunun rəhbərliyini məlumatlandırıb. Lunin ona start heyətində sabit yer tutacağına zəmanət verən klubda oynamaq istəyir. “Real” rəhbərliyi artıq Andreyə əvəzləyici tapıb. İspaniya klubu 2023/24 mövsümündə icarə əsasında “Real”da oynayan, müqavilə ilə “Çelsi”yə məxsus olan Kepa Arrisabalaqanı sıralarına qaytarmağa hazırlaşır.

Luninin klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdi. O, cari mövsümdə “Real”ın heyətində 12 oyun keçirib və 19 top buraxıb.

Seçilən
0
football-plus.az

1Mənbələr