AZ

“Real”dan ayrılmağa qərar verdi

Rodriqo mövsümün sonunda “Real”dan ayrılmağı planlaşdırır.

“Marca” nəşrinin məlumatına görə, braziliyalı hücumçu ön xətdə oynayan oyunçularla rəqabət apara bilmədiyi üçün bu qərara gəlib. Xəbərdə qeyd olunub ki, “Qızıl top” və “The Best” mükafatlarına namizəd göstərilməməsi Rodriqonun qərarına daha çox təsir edib.

24 yaşlı futbolçu bu mövsüm “Real”da 30 oyunda meydana çıxıb, 6 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
0
football-plus.az

1Mənbələr