BAKI, 3 may. TELEQRAF
Boliviyada xilasedicilər Amazon bataqlıqlarında yüngül təyyarənin qəzaya uğramasından təxminən iki gün sonra bir pilot, üç qadın və bir uşağı taparaq xilas ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Respublika Mülki Müdafiə məlumat yayıb.
Məlumatda deyilir ki, 27 yaşlı pilot Andres Velarde təcili eniş edə bilib, lakin təyyarə alliqator yuvasının yaxınlığında yerə enib. Pilotun izah etdiyi kimi, insanlar sürünənlərin tökülən yanacağın kəskin qoxusundan qorxması sayəsində xilas olublar.