AZ

“Qarabağ” bu legionerlə RAZILAŞDI

Patrik Andradenin "Qarabağ"dakı taleyi bəlli olub.

Bizim.Media xəbər verir ki, Ağdam klubu müqaviləsi başa çatan yarımmüdafiəçi ilə danışıqları müsbət yekunlaşıb. Kapo Verdeli futbolçu növbəti mövsümdə də çempionun şərəfini qoruyacaq.

Onunla 1 illik yeni müqavillə imzalanacaq.

Qeyd edək ki, bu mövsüm əsas heyətə düşməkdə çətinlik çəkən Patrik Andradenin məhz bu səbəbdən klubdan ayrılmaq ehtimalı da var idi.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
0
16
bizim.media

10Mənbələr