AZ

Azərbaycan komandasından "bürünc"

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Bakıda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb.

Fanat.Az xəbər verir ki, təmsilçilərimiz çarpaz qarşılaşmalar finalında uğurlu çıxışla diqqət çəkiblər.

Onlar 3 top 2 halqa ilə proqram üzrə 22.250 xalla bürünc medalın sahibi olublar.

Bədii gimnastika üzrə qrup hərəkətləri komandamız ötən gün qızıl medalı hesabına yazdırıb.

Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kuboku mayın 4-də başa çatacaq.

 

Seçilən
0
6
fanat.az

10Mənbələr