AZ

“Qalatasaray” çempionluğa yaxınaşdı

BAKI, 3 may. TELEQRAF

Türkiyə Superliqasının 34-cü turunun oyununda “Qalatasaray” öz meydanında “Sivasspor”u böyük hesabla (4:1) məğlub edib.

Teleqraf xəbər verir ki, “sarı-qırmızılar”ın heyətində Lukas Torreyra, Viktor Osimhen (2 dəfə) və Barış Alpər Yılmaz fəqlənib.

Vacib qələbə sayəsində “Qalatasaray” çempionluğa xeyli yaxınlaşıb. Hazırda “Qalatasaray” 83 xalla (32 oyun) vahid liderdir. “Fənərbağça” 75 xalla (31 oyun) 2-ci pillədə mövqe tutub.

Qeyd edək ki, turun mərkəzi oyununda sabah “Fənərbağça” İstanbul derbisində “Beşiktaş”ı qəbul edəcək.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr