Slovakiya hökumətinin başçısı Robert Fiko heç bir izahat vermədən iş proqramını bir neçə dəfə ləğv edib.
Publika.az xəbər veirr ki, bu barədə "Markiza" telekanalı məlumat yayıb.
"Baş nazir son günlərdə bir neçə dəfə gözlənilmədən iş qrafikini ləğv pozub", - məlumatda deyilir.
Beləliklə, Fiko Oksfordda verməli olduğu mühazirəsini təxirə salıb. Bundan əlavə, siyasətçi qəfildən Slovakiyada dövlət bayramı olan 1 May Əmək Günü ilə bağlı tədbirlərdə iştirakdan da vaz keçib. Eyni zamanda o, dövlət idarəsində olduğunu bildirərək, respublika vətəndaşlarını bayram münasibətilə təbrik etdiyi videomüraciət yayıb.