AZ

Berezutskidən 1:1-ə şərh

Azərbaycan Premyer Liqasının XXXIII turunun “Araz-Naxçıvan” – “Sabah” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Vasili Berezutski jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Birinci hissədə bərabər səviyyəli oyun keçdi. İkinci hissədə daha üstün oynadıq. Rəqibə daha çox təzyiq edirdik. Qollar vurmaq üçün şanslarımız oldu. Əfsuslar olsun ki, yenə heç-heçə etdik.

– Hakimə ilk etirazınızda sarı vərəqə gördünüz. Bunu necə şərh edərdiniz?

– Əlbəttə ki, sarı vərəqələr də oyunun bir hissəsidir. Yəqin ki, aqressiv şəkildə qışqırmışam. Amma elə deyildi. Sadəcə demək istəyirdim ki, epizodda qayda pozuntusu yox idi.

Şahin Cəfərov 

Seçilən
0
futbolpress.az

1Mənbələr