BAKI, 3 may. TELEQRAF
“Yaxşı komandaya qarşı oynadıq”.
Teleqraf xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXXIII turunda evdə “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.
45 yaşlı mütəxəssis oyunun maraqlı alındığını bildirib: “Hər iki komanda oyunun dinamikasını artırmağa çalışdırdı. Yaxşı komandaya qarşı oynadıq. Komandam hər iki hissədə öz oyun üslubunda oynamağa çalışırdı. Yaxşı hücumlar qururduq, sadəcə son nöqtəni qoymaqda çətinlik çəkirdik. Mövsümün sonlarıdır. İnanıram ki, qarşıdakı oyunlarda komanda daha əzmkar olacaq və istədiyinə çatacaq”.