"Bizim oyunu düşünənlər var, amma mən rəqibin oyununa baxıb, xoşbəxtlik axtarmıram. Öz komandamı fikirləşirəm".

Offsideplus.az xəbər verir ki, bu sözləri "Sabah"a qarşı MPL-nin XXXIII tur qarşılaşmasından sonra "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev söyləyib. 

O, 1:1 hesabı ilə yekunlaşan oyunu belə şərh edib:

"Maraqlı oyun alındı. Hər iki komanda dinamikanı artırmağa çalışırdı. Yaxşı komandaya qarşı oynadıq. Düşünürəm ki, komanda birinci və ikinci hissədə oyun stilindən əl çəkmək istəmirdi. Sezonun sonuduur, inanıram ki, qarşıdakı oyunlarda komanda daha əzmkar oyunla istədiyinə çatar".