AZ

“Neftçi” “Kəpəz”lə görüşə 5 itki ilə çıxacaq

"Neftçi” Misli Premyer Liqasının XXXIII turunda qarşılaşacağı “Kəpəz” klubu ilə matçın hazırlığını başa vurub.

Apasport.az xəbər verir ki, komandanın üzvləri bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqə çıxıblar.

Klubun 5 futbolçusu – Emil Səfərov, Robert Bauer, Rafael Quzzo və Ryonosuke Ohori zədə səbəbindən, Mustafa Sek isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.

Qeyd edək ki, mayın 4-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Kəpəz” oyunu saat 20:00-da başlanacaq.

"Beşiktaş" derbiyə ciddi itkilərlə çıxacaq

Günün matçları bu kanallarda

“Qarabağ” – “Sumqayıt” matçının biletləri satışda

Liqa 1-ə yüksələn daha bir komanda bəlli oldu

Klublarımız "Traktor"u belə təbrik etdilər - FOTOLAR

Seçilən
0
6
apasport.az

10Mənbələr