Misli Premyer Liqasının XXXIII turu üzrə baş tutan "Araz-Naxçıvan" - "Sabah" matçında 1:1 hesablı heç-heçə qeydə alınıb. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında "bayquşlar"ın baş məşqçisi Vasili Berezutski matçı şərh edib. 

"Deyə bilərəm ki, birinci hissə bərabər səviyyəli keçdi. İkinci hissəyə gəlincə, rəqibə təzyiq edirdik. Qol vurmaq üçün şanslarımız vardı. Əfsuslar olsun ki, matç heç-heçə ilə başa çatdı". 

Rusiyalı mütəxəssis sarı vərəqə ilə cəzalandırıldığı epizodu belə şərh edib:

"Əlbəttə, sarı vərəqə oyunun bir hissəsidir. Aqresiv danışmışam yəqin ki. Sadəcə demək istəyirdim ki, bir tərəfdə foul yox idi, digər tərəfdə vardı".