Misli Premyer Liqasında 33-cü tur davam edir.
İdmanxeber.az xəbər verir ki, bu gün daha iki oyun keçirilib.
Əvvəlcə 7-ci pillədə qərarlaşan “Şamaxı” öz meydanında autsayder “Səbail”i qəbul edib. Görüş 1:1 hesabı ilə başa çatıb.
Günün ikinci matçında “Araz-Naxçıvan” “Sabah”la üz-üzə gəlib. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib – 1:1
Hazırda Naxçıvan klubu 55 xalla turnir cədvəlində üçüncü, Masazır təmsilçisi isə 41 xalla beşincidir.
3 may
17:00. “Şamaxı” – “Səbail” 1:1
Qollar: Alfons Msanqa, 33 (1:0), Rüfət Abullazadə, 67 – pen. (1:1)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Şamaxı şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Sabah” 1:1
Qollar: Ülvi İsgəndərov, 20 (1:0), Vinsent Till, 43 (1:1)
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Rəhman İmami, Nicat İsmayıllı
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
“Liv Bona Dea Arena”