AZ

İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"


DEM Partiyası İstanbul Millət vəkili Sırrı Süreyya Öndərin vəfatından sonra siyasi aləmdən bir çoxları başsağlığı mesajı paylaşarkən, İYİ Partiya başqan müavini Mehmet Aslanın verdiyi açıqlama diqqət çəkdi. Aslan sosial media hesabında “Allah günahlarını bağışlasın, tam türkçülük günündə Allah canını aldı” sözlərini yazıb. DEM Partiyasının İstanbul Millət vəkili Sırrı Süreyya Öndər infarkt keçirərək xəstəxanaya yerləşdirilib. Aortası partlayan Öndər 3 gün ara ilə iki dəfə əməliyyat olunmuşdu. Öndər bu gün saat 16.10 radələrində çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr