18 yaşlı ana keysəriyyə əməliyyatından sonra vəfat edib.
Xezerxeber.az xəbər verir ki, 8-39 həftəlik hamilə olan Kürdəmir sakini Tahirə Hüseynova Sumqayıt şəhərinə qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Aprelin 26-da gecə saatlarında onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt Perinatal Mərkəzinin Təcili və Təxirəsalınmaz yardım şöbəsinə yerləşdirilib.
Müayinə zamanı qadının hamiləliyinin son mərhələsində olduğu və təcili müdaxilə tələb olunduğu müəyyən edilib.
Həkimlərin qərarı ilə hamiləlik cərrahi yolla - keysəriyyə əməliyyatı ilə sonlandırılıb. əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib. Onun həyatını xilas etmək üçün reanimasiya və intensiv terapiya tədbirləri görülsə də, vəziyyəti ağır olaraq qalmaqda davam edib. Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və ya doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub.
Gənc ana daha sonra Bakıdakı xəstəxanaların birinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun körpəsi isə hazırda Sumqayıtda xəstəxanadadır. Vəziyyəti normaldır.
Bu arada, doğuşdan sonra vəfat edən ananın erkən yaşda ailə qurduğu məlum olub.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğu bildirib ki, erkən nigahla bağlı mübarizə tədbirləri gücləndirilsə də, təəssüf ki, bəzi valideynlərə görə bu cür halların qarşısını tam almaq olmur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: