
Tolyatti "Akron" klubunun hücumçusu Artyom Dzyuba Rusiya çempionatlarında qalibiyyət qolları üzrə yeni rekord müəyyən edib. Bu barədə Transfermarkt məlumat yayıb.Dzyuba, Mahaçqala "Dinamo"su ilə oyunda Rusiya Premyer Liqasında (RPL) 47-ci qalibiyyət qolunu vuraraq, bu göstəricidə Aleksandr Kerjakovun (46 qol) rekordunu geridə qoyub.Hazırda Rusiya çempionatının turnir cədvəlində "Akron" 32 xalla 9-cu yerdə qərarlaşıb. "Dinamo" isə 27 xalla 11-ci pillədədir.Çempionata 58 xalla "Krasnodar" liderlik edir. İkinci yerdə 54 xalla Sankt-Peterburq "Zenit"i, üçüncü pillədə isə 51 xalla Moskva "CSKA" yer alır. İlk dördlüyü 50 xalla Moskva "Spartak"ı tamamlayır.Növbəti turda "Akron" 11 may tarixində saat 14:00-da Qroznı "Axmat"ını öz meydanında qəbul edəcək.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO
Azərbaycanın təbii və mədəni irsi - VİDEO
"Vaşinqtonun vassalı" — Kiprli jurnalist Finlandiya prezidentinə istehza etdi