Qış transfer dönəmində “Mançester Yunayted”dən “Betis”ə icarə əsasında keçən Antoni İspaniyada performansını xeyli yaxşılaşdırıb.
90deqiqe.Az-ın "UOL Esporte"yə istinadən verdiyi məlumata görə, futbolçunun yüksələn forması Avropanın top klublarının diqqətindən yayınmayıb.
“Arsenal” və “Atletiko Madrid” yay transfer pəncərəsində 25 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Hər iki klub bu keçidlə bağlı artıq ilkin müzakirələrə başlayıb.
“Ağ-yaşıllar”ın heyətində braziliyalı vinger 19 rəsmi oyuna çıxıb. Bu matçlarda 6 dəfə fərqlənən Antoni, 4 məhsuldar ötürmə ilə də yadda qalıb.
Hazırda “Betis”də icarə əsasında çıxış edən oyunçunun “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.