AZ

Sumqayıtda yük avtomobili piyadanı vuraraq öldürdü

Sumqayıtda yük avtomobilinin vurduğu piyada hadisə yerində ölüb.

 

Sfera.az məlumat verir ki, hadisə şəhərin 40-cı məhəlləsində qeydə alınıb.

 

1994-cü il təvəllüdlü Səxavət İbrahimovun idarə etdiyi “İsuzu” markalı avtomobil yolu keçən piyadanı (şəxsiyyəti dəqiqləşdirilir - red) vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır. (Report)

Seçilən
0
14
sfera.az

10Mənbələr