AZ

Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında Alpaqut Turan Döyüş Sənəti üzrə Bakı şəhər turniri keçirilib

Mayın 3-də Şağan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman İdarəsi, Azərbaycan Milli İdman Növləri Assosiasiyasının dəstəyi ilə, Dünya Alpaqut Federasiyası Azərbaycan Nümayəndəliyi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ilinə həsr edilmiş Alpaqut Turan Döyüş Sənəti üzrə turnirin açılış mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, sənət və mədəniyyət nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər. Turnirdə ölkənin15 komandasından 200-dən çox idmançı Alpaqut Döyüş Sənətinin Ayça, Batur, Caymaz, Qurşaq və Kaçut sistemləri üzrə güclərini sınayacaqlar.

Tədbir Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin ifa olunması ilə başlayıb.

Açılış mərasimdə çıxış edən Dünya Alpaqut Federasiyasının Azərbaycan Nümayəndəliyinin rəhbəri Fuad Quliyev alpaqutun yalnız döyüş növü olmadığını, onun türk dövlətlərinin ənənəsini, mədəni irsini təbliğ edən idman növü olduğunu bildirib. Qeyd edib ki, bu idman növü yalnız iki döyüşçünün meydanda döyüşməsi demək deyil, onların həyatda mənəvi cəhətdən daha da yaxşı inkişaf etməsinə kömək edir.

Çıxışlardan sonra tədbir bədii hissə və yarışlarla davam edib.

Seçilən
0
1
90deqiqe.az

2Mənbələr