AZ

Ərdoğan Kipr probleminin həlli şərtlərini AÇIQLADI

“Kipr probleminin həlli iki suveren dövlətin yaradılmasından keçir”.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Türkiyə prezidenti Kiprdə sabitliyi pozmağa çalışanlara da müraciət edib:

“Bu mübarək torpaqlara nifaq salmağa, qardaşlığı məhv etməyə, sülh əvəzinə düşmənçilik salmağa çalışanlar uğur qazana bilməz”.

Ərdoğan Ankaranın Kipr türklərinin türk dünyası ilə əlaqələrini gücləndirmək və ədalətsiz təcridin aradan qaldırılması üçün çalışmaq əzmində olduğunu vurğulayıb: “Türk dünyası ilə əlaqələrin gücləndirilməsindən tutmuş ədalətsiz təcridin aradan qaldırılmasına qədər Kipr türklərinə qətiyyətlə dəstək verəcəyik”.

Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr