AZ

Sabiq prezidentin evinin yaxınlığında silahlı İNSİDENT - Yaralılar var - FOTO

Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin evinin yaxınlığında silahlı insident baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Zurabişvili özünün Facebook səhifəsində məlumat verib.

Məlumata görə, ərazidə odlu silahdan səkkiz dəfə atəş açılıb, güllələrdən biri onun Köhnə Tbilisidə, Qudiaşvili meydanı yaxınlığındakı evinin həyətinə düşüb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Onun sözlərinə görə, səhər saat 04:20 radələrində bir neçə nəfərin iştirakı ilə qışqırıqlarla müşayiət olunan və atışma ilə bitən kütləvi dava olub. O, güllələrin düşdüyü yerləri əks etdirən fotoşəkilləri də paylaşıb və dövlət himayəsindən məhrum olduğunu da xatırladıb.

Gürcüstan Daxili İşlər Nazirliyi naməlum şəxslər arasında münaqişənin baş verdiyini, iki nəfərin odlu silahdan yaralandığını təsdiqləyib. İdarədən verilən məlumata görə, şübhəlinin şəxsiyyəti müəyyən edilib, onun saxlanılması istiqamətində işlər aparılır.


Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr