AZ

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ olub

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

İndoneziya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb.

Operativ Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri əsas Qorontalo şəhərindən 155 km cənub-qərbdə yerləşib. Təkanların ocağı 109 km dərinlikdə olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan edilməyib.

Seçilən
0
38
operativmedia.az

10Mənbələr