Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda "Şamaxı" "Səbail"lə qarşılaşıb.
Axar.az xəbər verir ki, Şamaxıda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Bu nəticədən sonra 36 xala malik "Şamaxı" altıncı sırada yer alıb, "Səbail" 22 xalla sonuncu yerdədir.
Qeyd edək ki, turun açılış görüşündə "Zirə" evdə "Turan Tovuz"u məğlub edib - 1:0.