AZ

Ançelotti gələcək karyerası barədə danışacağı tarixi açıqladı

BAKI, 3 may. TELEQRAF

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti mövsümün sonuna qədər gələcək karyerası barədə danışmaqdan imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb.

İtaliyalı çalışdırıcı bildirib: “Gələcək karyeram barədə danışmaq istəmirəm. Çox sakit və xoşbəxtəm. Nə edəcəyimi dəqiq bilirəm. Bu barədə mayın 25-də danışacam”.

Qeyd edək ki, Ançelotti 2021-ci ildən İspaniya komandasının baş məşqçisidir. Onun karyerasını Braziliya yığmasında davam etdirəcəyi gözlənilir.

Seçilən
0
teleqraf.com

1Mənbələr