Təbrizin "Traktor" klubu "Qarabağ"a təşəkkür ünvanlayıb.
Offsideplus.az xəbər verir ki, Ağdam təmsilçisi rəsmi "X" hesabında İran çempionu olması ilə əlaqədar Cənubi Azərbaycan klubunu təbrik edib.
"Təbrizin qüruru "Traktor" klubunu çempionluq münasibətilə təbrik edirik!", sözlərinə "Traktor" belə cavab verib:
"Bu gün gülümsəyirik, Qarabağ azad olduğu kimi, "Traktor" da zirvəyə çatdı! "Qarabağ" klubunun təbriklərinə təşəkkür edirik!".
Xatırladaq ki, İran Pro Liqasının başa çatmasına 2 tur qalmış xallarının sayını 64-ə çatdıran "Traktor" tarixində ilk dəfə ölkə çempionu olub.
Bugün gülümsəyirik, Qarabağ azad olduğu kimi, Tractor da zirvəyə çatdı! Qarabağ FK-nın təbriklərinə təşəkkür edirik!❤️???? https://t.co/BK2c95RdPh
— TRACTOR FC ???? (@TractorOfficial) May 3, 2025