Bakı. Trend:
İndoneziya sahillərində 6,0 bal gücündə zəlzələ qeydəalınıb.
Trend-in məlumatına görə, bu barədə Avropa-Aralıq dəniziSeysmoloji Mərkəzi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri əsas Qorontalo şəhərindən155 km cənub-qərbdə yerləşib. Təkanların ocağı 109 km dərinlikdəolub.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunamitəhlükəsi elan edilməyib.