ŞAMAXI, 3 may. TELEQRAF
“Şamaxı”nın futbolçusu Edqar Adilxanov sıradan çıxıb.
Teleqraf xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi Azərbaycan Premyer Liqasının XXXIII turunda evdə “Səbail” ilə 1:1 hesablı heç-heçə etdikləri oyunun 89-cu dəqiqəsində zədələnib.
O, “dənizçilər”in oyunçusu Süleyman Alluşla mübarizədə xəsarət alıb. Adilxanovun əvəzinə meydana Səbayıl Bağırov daxil olub.
Qeyd edək ki, Edqar Adilxanov cari mövsüm ərzində meydana çıxdığı 24 oyunda 3 qol müəllifi olub. O, hazırda Azərbaycanın ən istedadlı futbolçusu sayılır.