AZ

Qələndərzadə qabırğası sındığı üçün təsəlliverici qarşılaşmaya çıxmadı

Azərbaycan cüdoçusu Vüsal Qələndərzadə (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə”də zədələndiyi üçün təsəlliverici qarşılaşmaya çıxmayıb.

Fanat.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu jurnalistlərə açıqlamasında bildirib:

"Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarımçıq dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici qarşılaşmaya də çıxmadı. İki-üç ay müalicə alacaq".

Seçilən
0
fanat.az

1Mənbələr