AZ

Vuçiçin həkimi DANIŞDI

Serbiya Prezidenti Aleksandr Vuçiç ABŞ-a səfəri zamanı qan təzyiqinin kəskin artması səbəbindən özünü pis hiss edib.

Publika.az xəbər verir ki, bunu Belqraddakı Hərbi Tibb Akademiyasından (VMA) doktor Draqan Dinçiç bildirib.

"Prezident Vuçiçin səhhətinin vəziyyəti hazırda stabil və qənaətbəxşdir. ABŞ-da o, döş qəfəsində qısa, kəskin ağrı hiss edib. Amerikada həkimlər təzyiqini ölçdülər və nəticələr 165/98 oldu. Bundan sonra o, əlavə müalicə aldı", - deyə həkim bildirib.

Dinçiç əlavə edib ki, Vuçiç Serbiyaya qayıtdıqdan sonra həkimlər onun adi müalicəsini davam etdiriblər. Həkimin sözlərinə görə, dövlət başçısı yaxın bir neçə gün ərzində işini bərpa edə bilməyəcək.

Aprelin 30-da Vuçiç ABŞ-a səfər edib və orada Florida ştatında bir neçə siyasətçi və iş adamı ilə görüşüb. O, amerikalı həmkarı Donald Trampla da görüşməli idi . Mayın 2-də Serbiya lideri özünü pis hiss edib. O, həkimlərlə məsləhətləşib və ABŞ-a rəsmi səfərini yarımçıq dayandırıb vətənə qayıtmaq qərarına gəlib.

Seçilən
0
6
publika.az

7Mənbələr