Futbol üzrə Misli Premyer Liqasının XXXIII turunda “Şamaxı” “Səbail”lə bərabərə qalıb.
Viral.az-ın məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.
Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Alfons Msanqa qonaq komandanın qapısına yol tapıb. 67-ci dəqiqədə isə “status-kvo” bərpa olunub – Rüfət Abdullazadə penalti zərbəsini dəqiq yerinə yetirib.
Son Yazılar:
- Şamaxı” “Səbail”lə bərabərə QALDI
- Toy avtomobilləri bazarında sürpriz qiymətlər: Qiymət nə qədərdir?
- Zəngəzur dəhlizinin açılması Türk dünyası ilə məsafəni daha da QISALDACAQ
Bu nəticədən sonra 36 xala malik “Şamaxı” altıncı sırada yer alıb “Səbail” 22 xalla sonuncu – onuncudur.
Qeyd edək ki, turun açılış matçında “Zirə” evdə “Turan Tovuz”a qalib gəlib – 1:0.