AZ

“Bakıya “Qəhrəman şəhər” adı verilməlidir”

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevi faşizm üzərində qələbənin 80 illiyi münasibətilə təbrik edib, Azərbaycan xalqının qələbənin əldə edilməsindəki tarixi xidmətlərinə diqqət çəkib.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, Azərbaycanın faşizm üzərindəki qələbədə  müstəsna xidmətləri olduğunu vurğulayıb, Bakıya “Qəhrəman şəhər” adı verilməsinin vacibliyinə diqqət çəkib:

“İkinci Dünya müharibəsində 600 min nəfərdən çox azərbaycanlı iştirak etdi. Onlardan 300 min nəfərədn çoxu həlak oldu. 121 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. On minlərlə azərbaycanlı müxtəlif orden və medallarla təltif edildi.

Qələbənin qazanılmasında Azərbaycann xüsusi rolu olub. Bu rol dəfələrlə etiraf edilsə də, əslində Azərbaycanın fədakarlığına lazımınca qiymət verilməyib. Hesab edirəm ki, Bakı “Qəhrəman Şəhər” adı ilə təltif olunmalıdır. Sovet hökuməti dövründə Azərbaycana daha yüksək dəyər verilməli idi. Çünki qələbə əsasən Bakı neftinin hesabına qazanıldı.

Müharibə vaxtı Azərbaycanda həm də çoxlu silah-sursat istesal olunub, çoxsaylı hərbi müəssisələr fəaliyyət göstərib. Azərbaycanlılar həm ön cəbhədə, həm də arxa cəbhədə böyük qəhrəmanlıqlar göstəriblər. Bu baxımdan Rusiya prezidentinin təbriki yerindədir”.

Seymur ƏLİYEV

Seçilən
0
moderator.az

1Mənbələr