AZ

"Şamaxı" "Səbail"ə qalib gələ bilmədi

ŞAMAXI. 3 may. TELEQRAF

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun daha bir görüşü keçirilib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda eyniadlı komanda "Səbail" ilə üz-üzə gəlib.

FIFA referisi Elçin Məsiyevin idarə etdiyi qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

"Şamaxı"nın qolunu 33-cü dəqiqədə Alfons Msanqa olub. "Səbail"in cavab topuna isə 67-ci dəqiqədə penaltidən Rüfət Abdullazadə imza atıb.

90-cı dəqiqədə meydan sahiblərinin istedadlı futbolçusu Edqar Ədilxanov zədələnərək, meydanı tərk edib. Onu Səbayıl Bağırov əvəzləyib.

Bununla da xalını 36-ya çatdıran "Şamaxı" ən azı bir günlük 6-cı pilləyə yüksəlib. 22 xala malik "Səbail" isə sonuncu pillədədir.

Qeyd edək ki, turun açılış oyununda "Zirə" "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gələrək, çempionatda ikinci yeri təmin edib. Saat 19:30-da "Araz-Naxçıvan" - "Sabah" görüşü keçiriləcək. Son iki oyun isə mayın 4-də olacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr