Bakı. Trend:
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə elan edilmiş“Konstitusiya və Suverenlik İli” çərçivəsində mayın 3-də Ümummillilider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətiləağacəkmə tədbiri keçirilib.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan RespublikasıMaliyyə Nazirliyinin rəhbərliyinin və kollektivinin iştirakı iləkeçirilən tədbir zamanı Xəzər rayonunun Şüvəlan qəsəbəsindəölkəmizin iqlim şəraitinə uyğun və dözümlü, dekorativ cəhətdənyaraşıqlı 1500-dən çox ağac əkilib.
Ekologiya mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacınküləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən vədigər lazımi vasitələrdən istifadə edilib, suvarma işlərigörülüb.
Maliyyə Nazirliyinin kollektivi tərəfindən davamlı olaraqkeçirilən yaşıllaşdırma tədbirləri Ulu öndər Heydər Əliyevin əzizxatirəsini uca tutmaq, Ümummilli liderin təbiətə, ekologiyaya qayğıənənələrini yaşatmaq məqsədini daşıyır.