Azərbaycan cüdoçusu Vüsal Qələndərzadənin (73 kiloqram) Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində təsəlliverici görüşə çıxmamasının səbəbi bəlli olub.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu məlumat verib.
Qurum rəsmisi jurnalistlərə açıqlamasında bu haqda danışıb: "Təəssüf ki, Vüsalın qabırğası sındı və 1/4 final görüşünü yarıda dayandırmalı oldu. Bu səbəbdən təsəlliverici görüşə də çıxa bilmədi. Təxminən iki üç ay müalicə almalı olacaq".
Qubada keçiriləcək Avropa Kubokunun püşkatma mərasimi baş tutub
“Böyük Dəbilqə”: Ağayev qızıl medal qazandı, Nəcəfov 5-ci oldu
“Böyük Dəbilqə”: Mübarizəyə start verilir
Yığmamızın heyəti bəlli oldu
Cüdoçularımızın rəqibləri müəyyənləşib