Bakı. Trend:
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kuboku davamedir.
Trend xəbər verirki, yarışın üçüncü günündə gənclər yaş kateqoriyasında gimnastlarfərdi proqram təsnifatı çərçivəsində komanda hesabında halqa, top,gürzlər və lentlə çıxış ediblər.
Komanda hesabında Bolqarıstan komandası qızıl, İtaliya komandasıgümüş, İsrail komandası isə bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa kubokunda ümumilikdə 25 ölkədən 170-dən çoxgimnast mübarizə aparacaq. Turnir mayın 4-də başa çatacaq.