PSJ Çempionlar Liqasının “Arsenal” ilə cavab yarımfinal oyununa ciddi itki ilə çıxa bilər.
"Football-plus.az" xəbər verir ki, Usman Dembele Londonda keçirilən ilk matçda zədə alıb.
Həmin oyunda vurulan yeganə qolun müəllifi olan yarımmüdafiəçinin sağ bud əzələsində problem aşkarlanıb. Həkimlər Usmanın sıraya nə vaxt dönəcəyinə rqnoz verməyiblər. Adətən bu tip zədəyə görə idmançılar təxminən iki həftə oynaya bilmirlər. Bu isə Dembelenin “Arsenal” ilə cavab matçında iştirakını sual altına alır.
Yeri gəlmişkən, o, bu mövsüm meydana çıxdığı 45 oyunda 33 qolun və 12 məhsuldar ötürmənin müəllifi olub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta