AZ

Nazir: Gəncədə müasir tələblərə cavab verən stadion tikilir

QUBA. 3 may. TELEQRAF

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan futbolunun inkişafı istiqamətində gördükləri işlərdən danışıb.

Nazir Teleqraf-a açıqlamasında maddi-texniki bazanın yüksəldilməsi və uşaq futboluna dəstək olduqlarını bildirib.

"Hazırda III MDB Oyunları üçün Gəncədə yeni stadion tikilir. Bu, müasir tələblərə cavab verən arena olacaq. Digər bölgələrdə də müəyyən təmir işləri gedir. İşlərlə yerində tanışlıq üçün mütəmadi həmin idman qurğularında oluruq. Hazırda maddi-texniki bazanın yüksəldilməsi üzərində çalışırıq. Düşünürəm ki, AFFA və klublarla bərabər bunları edəcəyik".

Qayıbov yeni seçilmiş AFFA rəhbərliyinin də müəyyən işlər gördüyünü açıqlayıb: "AFFA-nın yeni rəhbərliyi var. Bildiyim qədərilə, İnkişaf Strategiyası üzərində çalışırlar. Bu yaxınlarda onu tamamlayacaq və elan edəcəklər. Biz də öz növbəmizdə, uşaq futboluna dəstək olmağa çalışırıq. "Ulduz" Futbol Akademiyasının xətti ilə avqustda Qubada artıq ikinci dəfə beynəlxalq turnir keçirəcəyik".

Seçilən
0
teleqraf.com

1Mənbələr