
Sasseks hersoqu şahzadə Harri Böyük Britaniyada təhlükəsizlik səviyyəsi ilə bağlı məhkəmə işini uduzub.Bu barədə The Guardian məlumat yayıb.Şahzadə Harrinin vəkilləri bildiriblər ki, təhlükəsizlik tədbirlərindəki dəyişikliklərdən sonra onun həyatı və təhlükəsizliyi "təhlükə altındadır". Bu dəyişikliklər, onun kral ailəsindəki rəsmi vəzifəsini tərk edib ölkəni tərk etməsindən sonra baş verib.Lakin məhkəmənin yekun qərarına əsasən, şahzadə Harri iddianı uduzub və gücləndirilmiş mühafizə hüququndan məhrum edilib.Bunun əvəzinə Sasseks ailəsinə "fərdi" təhlükəsizlik xidməti veriləcək. Onlar Böyük Britaniyaya səfərlə bağlı planlarını 30 gün əvvəlcədən bildirməli olacaqlar. Hər bir səfər təhlükə səviyyəsinə və mühafizəyə ehtiyac olub-olmamasına görə ayrıca qiymətləndiriləcək.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasının 87 ili tamam olur - VİDEO
Azərbaycanın təbii və mədəni irsi - VİDEO
Xocalıda qumbara partladı - Yeniyetmə oğlan xəsarət aldı