AZ

ACF-nin icraçı vitse-prezidenti regionlarda cüdo turnirlərinin təşkilinin bu idman növünün inkişafına təkan verəcəyinə inanır

Regionlarda cüdo turnirlərinin təşkili bu idman növünün inkişafına təkan verir.

"Report"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu deyib.

O, sözügedən bölgədə yeniyetmə cüdoçular arasında keçirilən Avropa Kubokundan sonra açıqlama verib:

"Bu yarışlarda medal əldə etmək da önəmlidir. Amma ən vacib olan yeni idmançılar qazanmaqdır".

Qurum rəsmisi növbəti illərdə "Böyük Dəbilqə" turnirinin regionlarda mümkün təşkili ilə bağlı da danışıb: "Bu turnirin öz tələbləri var. Hələlik "Böyük Dəbilqə"nin regionlarda gerçəkləşməsi üçün əlverişli şərait yoxdur. Bu səbəbdən Milli Gimnastika Arenasında istifadə edirik. Əlbəttə ki, biz də istəyərik bu vacib yarış Azərbaycanın hansısa bölgəsində baş tutsun".

Qeyd edək ki, bu gün start götürən Avropa Kuboku mayın 4-də başa çatacaq.

Seçilən
0
report.az

1Mənbələr