Azərbaycan yığmasının futbolçusu Emil Mustafayev Ukrayna Premyer Liqasında növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, həmvətənimizin şərəfini qoruduğu "Çernomorets" doğma divarlar arasında adlı-sanlı "Şaxtyor"la qarşılaşıb.

Start heyətində yer alan Emil Mustafayev 77 dəqiqə mübarizə aparıb.

Qarşılaşma "Şaxtyor"un 3:0 hesablı qələbəsi ilə nəticələnib. Donetsk təmsilçisi hər üç qolu ikinci hissədə, azərbaycanlı futbolçu əvəzlənənə qədər vurub.

Çempionatın sonuna 3 tur qalmış "Çernomorets" axırıncı pillədə qərarlaşıb. Odessa klubunun Premyer Liqada qalmaq şansı çox azdır.

"Şaxtyor" isə 57 xalla 3-cü sıranı tutur