Türkiyənin DEM Partiyasının (Xalqların Bərabərlik və Demokratiya Partiyası) İstanbuldan millət vəkili və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədr müavini Sırrı Süreyya Önder vəfat edib.
Yenisabah.az "Haber Global" telekanalına istinadən xəbər verir ki, deputat 18 gündür müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Sırrı Süreyya Önderin ölümünə səbəb kimi bir neçə orqan çatışmazlığı göstərilir.
Xatırladaq ki, Önder ürəyindəki ciddi problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.
Telegram kanalımız