AZ

Şirvan Ət Kəsimi Məntəqəssinin sədri İsmayil Tərlanov sahibkarlara zülm edir- SAHIBKARLARDAN ŞOK FAKTLAR…

  Əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Xatırladaq ki, “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

Qeyd edək ki, bir neçə bu tipli obyektlərdə aparılan müntəzəm yoxlama-nəzarət zamanı qanunsuz heyvan kəsimi  ilə bağlı aşkar olunmuş faktlar üzə çıxarılmışdır.  Elə  Azia.az-n redaksiyasına  haqqında danışacağımız məsələ ilə bağlı video faktlar daxil olmuşdur.


 Şirvan Ət Kəsimi Məntəqəsinin fəaliyyəti ilə bağlı göndərilən video müraciətdən  aydın görünür ki, heyvan kəsimində tələbləri kobud şəkildə pozulmuş, sanitar və gügiyena qaydalarına ümumiyyətlə məhəl qoyulmamışdır. Kameraya danışan  İş adamı Qurbanxan Dəmirov kəsim məntəqəsinin fəaliyyətindəki nöqsanları, sahibkarların incidilməsi və digər qanun pozuntuları barədə danışır. 

Daha geniş məlumatı videonu izləməklə biləcəksiniz. 

 


Seçilən
0
azia.az

1Mənbələr